Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən keçirilən “İş Klubu” layihəsinin 17-ci görüşü üçün qeydiyyat başlayıb.
Layihəyə məzunlar, işsiz və işaxtaranlar şəxslər müraciət edə bilərlər. Layihə 2 həftə müddətində 7 dəfə olmaqla həyata keçiriləcək.
Layihədə iştirak etmək üçün aşağıda qeyd edilən müraciət formasını dolduraraq qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 27 Fevral 2024-cü il
Layihənin başlama tarixi: 01 Mart 2024-cü il
Qeydiyyat linki: https://forms.gle/Ub18zsH5wtTUKpLL9
Əgər sən də işsizsənsə və iş axtarışı ilə bağlı müxtəlif bacarıqlar və təcrübələr öyrənmək niyyətindəsənsə bu layihə məhz sənin üçündür!