İSB tərəfindən kompensasiya ödənişi həyata keçirilib

İcbari Sığorta Bürosu tərəfindən 17 yanvar 2015-ci il tarixdə, Bakı-Quba-Dağıstan sərhəddi yolunun İdrisiqışlaq kəndi ərazisindən keçən 142-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümü ilə əlaqədar 5 000AZN ( beş min manat), digər nəfərin az ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə 1500 AZN ( min beş yüz manat) məbləğində kompensasiya ödənişi Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 19 noyabr 2016-cı il tarixində köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır