“İşçiləri motivasiya etmək yalnız bonus və tənbehdən ibarət deyil” – Harvard Business Review

İşçilərin motivasiyaı ilk baxışdan asan görünür. Lakin bu heç də belə deyil. Ola bilsin ki, motivasiya ümumilikdə sadədir. Lakin sırf işçilərin motivasiyasından söhbət gedirsə, bu o qədər də rahat bir iş deyildir. Lider olaraq, bizdən tələb olunur ki,  tabeçiliyimizdə olan komandanın hər bir üzvünü nəyin motivasiya etdiyini araşdıraq, bu maraqları düzgün idarə edək. Öz işləri içində az qala boğulmuş bir lider üçün hər bir işçisinin maraq dairəsini və onu motivasiya edəcək nüansları müəyyənləşdirmək, üstəlik onu düzgün və vaxtında idarəetmək asan işə bənzəmir, elə deyilmi?

Liderlər həmişə motivasiya baxımından “yerkökü” (işin yerinə yetirilməsinə görə mükafat) və “çubuq” (işin yerinə yetirilməməsinə görə sanksiya və ya tənbeh) seçimi arasında qalırlar. Lakin bunlar vaxtı kemiş və o qədər də dayanıqlı olmayan metodlardır.

Bəs işçiləri motivasiya etmək üçün başqa yollar niyə axtarmırıq? Mən yeni bir yol təklif edirəm. Bu yol işçilərin “yaxşı iş görməsi”ndən daha çox “işindən razı olması” ilə əlaqədardır. Biz köhnə “yerkökü” və “çubuq” üsulunu kənara qoyaraq yeni və daha müsair üsullardan istifadə edə bilərik.  Bunlar aşağıdakılardır:

İşin kontekstini paylaşın və əhəmiyyətini işçiyə çatdırın.   İşçiyə ona tapşırılan işin şirkət üçün əhəmiyyəti və digərlərinin işinə olan təsiri izah etməkdən daha stimullaşdırıcı bir şey yoxdur. Öz işçilərinizi motivasiya etməyə onlara tapşırdığınız işin əhəmiyyətini izah edərək başlayın.  Biz komanda olaraq nə edirik? Biz bu işi niyə görürük? Bizim işimiz kimə və necə yararı dəyir? Uğur dedikdə,  bizim komanda üçün nə nəzərdə tutulur? İşi vaxtında görülməsində hər bir işçinin vəzifəsi nədir? İşçilər qrupdakı möqeyini və əlaqələri bildikdə gördükləri iş onlar üçün daha mənalı, daha aydın olur və onlar bu işin əhəmiyyətini daha yaxşı başa düşürlər.

Motivasiyanı aşağı salacaq maneələri əvvəlcədən müəyyənləşdirin. Komandanın hər hansı bir üzvünə iş tapşıran zaman bu işin reallaşmasına maneə olacaq və ya yavaşladacaq amillər olacaqdır. İşçilərin motivasiyasını aşağı endirəcək bu gecikmələri əvvəlcədən görməyi bacarmalısınız. Onların aşkarlanmasında və aradan qaldırılmasında proaktiv, yəni əvvəlcədən hazırlıqlı olun.  Nələr işçinin motivasiyasını aşağı endirə və ya işin gedişatını uzada bilər? Onları yüngülləşdirmək üçün hansı tədbirləri görmək mümkündür? İşçi hansı maneələrlə üzləşə bilər? Onları necə aradan qaldırmaq olar? Problemin baş verəcəyini necə görmək olar və uğura aparan yolu necə “təmizləmək” lazımdır? İşçinin motivasiyası o zaman davamlı olur ki,  onun işini təxirə salacaq və ya yubadacaq maneələr olmasın.

Əməyi qiymətləndirin və təqdir edin. İşçilərə təsir etmək üçün istifadə edilən “yerkökü” və “çubuq” üsulları daimi motivasiya üçün yararlı deyildir. Daha dayanıqlı motivasiya o zaman əldə edilir ki, komanda üzvlərinin gördükləri işlər düzgün qiymətləndirirsiniz,  lazım gəldikdə təqdir edirsiniz və işçinin özünü dəyərli hiss etməsini təmin edirsiniz. Hansı nəticələr əldə edilib? Bu nəticələrin əldə edilməsində böyük rol kimə məxsusdur? Kim iş prosesində və müştəri ilə münasibətdə meydana gələn problemin həllində böyük səy göstərib? Kim digər komanda üzvlərinə nümunə olmalıdır? Əgər işçilər onların işinə qiymət verildiyini görür və özlərini dəyərli hiss edirlərsə, daha motivasiyalı işləyirlər.

Öz motivasiyanızı nəzərdən keçirin. Bu deyilənlərin hamsını etməyinizə baxmayaraq, komandanı motivasiya etməkdə yenə də çətinlik çəkirsiz? Demək ki, öz motivasiyanızı da nəzərdən keçirməlisiniz. İşçilər öz liderlərinin işə olan münasibətinə çox fikir verirlər. Əgər Siz öz şirkətinizə, komandanıza və işinizə o qədər də bağlı deyilsinizsə və burada həvəslə fəaliyyət göstərmirsinizsə, Siz o qədər də güclü motivator olmayacaqsınız. İşinin hansı cəhəti Sizi əyləndirir? Öz komandanıza rəhbərlik etməkdə fəxr etməyinizin səbəbi nədir və ya nə ola bilər? Komandanıza və işinizə sərf etdiyiniz enerjinin və həvəsin artırmasına səbəb olur? Siz lider olaraq, işinizə qarşı nə qədər həvəsli olursunuzsa, komandanızda o qədər motivasiyalı olacaqdır.

Nəticə etibarı ilə onu məsləhət görərdim ki, işçiləri köhnə metodlarla motivasiya etməkdən çəkinin. Komandanıza bu gün görəcəkləri işi və onun şirkət və digərləri üçün əhəmiyyətini xatırladın. Problemlərin aşkarlanmasında və həll edilməsində proaktiv olun. İşçilərin əməyini qiymətləndirin və lazım gəldikdə təqdir edin. Öz motivasiyanızla hamıya nümunə olun. “Yerkökü” və “çubuq” üsullarını bir kənara qoyun və komandanızla yuxarıda göstərilən məsələlər ətrafında söhbət edin. Əmin olun ki, bu Sizə yüksək motivasiyalı komanda əldə etməkdə xeyli yardım edəcəkdir.

Lisa Lai

Dünyanın bir çox  güclü və uğurlu şirkətində məsləhət, konsultasiya və koçing xidməti göstərmişdir. Hazırda “Harvard Business School Publishing”-də qlobal liderliyin inkişafı proqramının moderatorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır