Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İşçilər işdən ayrılırlar, nə etməli? - Strategiyalar - BBN

İşçilər işdən ayrılırlar, nə etməli? – Strategiyalar

Doğru insanı işə cəlb etmək şirkətin uğuru üçün vacib amildir. Bu təkcə o demək deyil ki, bilik və bacarıqları şirkətə uyğun gəlir, eləcə də inkişafı və bir neçə il şirkətdə çalışmaları da vacibdir. Son məlumatlara görə, bir işçi maksimum 2 il, minimum isə 1 il qaldıqdan sonra şirkətdən ayrılır. 2021-ci ildə dünyada hər ay 4 milyon insan işdən ayrılırdı, bu həmin vaxta qədər görünən ən rekord göstərici hesab edilir. Eləcə də onlayn işlərin çoxalması da işçilər qarşısında yeni imkanlar açır. Məsələn, başqa bir araşdırmaya görə isə 2022-ci ildə dünyada işçilərin 97%-i onlayn işlərə daha çox üstünlük verir. 

Onlayn video kanalı InVideo-nun CEO-su Sanket Şah deyib ki, bonus, mükafatlar, yeni təşviq yolları onları işdə saxlamaq üçün yaxşı vasitələrdir. Eləcə də daim görüşlər təşkil etmək və onların şirkətdəki vacib mövqelərini bir daha onlara xatırlatmaq da fayda var. Ən vacibi isə hər şey müsahibə mərhələsində başlayır, gəlin bu nüanslara nəzər salaq. 

Çox vəd verməyin

Bəzən şirkətlər potensial işçilərə böyük vədlər verirlər, ancaq iş prosesində bu vədlər reallaşmayanda isə ortaya problemlər çıxır. Şah deyir ki, bəli onları işə alacaqsınız, ancaq uzun müddət şirkətdə saxlaya bilməyəcəksiniz. 

Namizədlərin kimliyini öyrənməyə çalışın

Müsahibə vaxtı şirkətin rəhbəri və HR komandası onların təkcə bilik və bacarıqlarına deyil, şirkətin korporativ mədəniyyətinin bir hissəsi ola bilib-bilməyəcəklərinə də baxmalıdır. Sanket əlavə edir ki, bəli siz bilik və bacarıqları olan şəxsi işə götürdünüz, amma şəxsi keyfiyyətləri kompaniyaya uyğun gəlməyən şəxs qısa zamanda oranı tərk edəcək. 

Bu gün işçilərin işdən çıxmaq üçün kifayət qədər imkanları var (onlayn işlərin gətirdiyi fayda-red.), ona görə də şirkətlər doğru namizədi seçmək mərhələsində ehtiyatlı olmalı və müsahibə öncəsi və sonrası verilən vədləri yerinə yetirməlidirlər. 

https://www.reworked.co/talent-management/3-strategies-to-lower-employee-attrition/

Related posts

Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025: Süni intellektin əsaslarının gücləndirilməsi

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Bank-Maliyyə Sektorunun İnkişaf Strategiyası

Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı