Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IsDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb - BBN

IsDB Azərbaycanda kənd təsərrüfatının inkişafına 437 milyon dollar ayırıb

İslam İnkişaf Bankınin (IsDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə 436,7 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.

BBN.az-ın IsDB-yə istinadən yaydığı məlumata görə, ayrılan vəsait əsasən suvarma sistemlərində su itkilərinin ciddi şəkildə azaldılmasına, eləcə də Azərbaycanın 2030-cu ilədək müəyyən etdiyi milli prioritetlər çərçivəsində kənd ərazilərinin dayanıqlı inkişafının dəstəklənməsinə yönəldiləcək.

Layihə çərçivəsində “yaşıl artım” prinsiplərinin təşviqi, iqlim dəyişikliklərinə qarşı dayanıqlığın artırılması və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunması əsas hədəflər sırasındadır.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın nizamnamə kapitalında 0,13 faiz paya malikdir.

2024-cü ilin sonuna olan məlumata əsasən, IsDB Qrupunun Azərbaycana ayırdığı ümumi maliyyələşmə həcmi 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu məbləğin 1 milyard 106 milyon ABŞ dolları 35 layihə üzrə birbaşa maliyyələşməyə, 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə yönəldilib.

Bununla yanaşı, IsDB Qrupu 2026-cı il iyunun 16–19-da Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və paralel tədbirləri keçirməyi planlaşdırır.

Related posts

İşçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya fərqli qaydada hesablanacaq

Ötən ay fiziki şəxslərin ölkəyə idxalı 22%-dən çox azalıb

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı