“İslahat icmalı” vergi və sosial sığorta güzəştlərinə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı”nın xüsusi buraxılışı Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına həsr olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Sosial sığorta haqqında Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə təqdim olunub.

İİTKM-in maliyyə analitiki Ayaz Museyibov bildirir ki, icmalda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə müvafiq qanun layihələrində nəzərdə tutulan maddələr əsaslı dəstək tədbirlərinin iterativ davamıdır və pandemiyanın resessiv trendlərinin önlənməsinə xidmət edir. İcmalda tətbiq edilməsi nəzərdə tutulan müvəqqəti vergi rejiminin güzəştləri və tətbiq dairəsi, qüvvədə olma müddəti ilə bağlı qanunvericiliyə təklif olunan əsas dəyişikliklər əks olunub. Eyni zamanda sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan ümumi müddəalar, tətbiq edilməsi nəzərdə tutulan yeni sığorta tarifləri və bu tariflərini hər iki mərhələ üzrə qüvvədə olma müddəti və əsas güzəştlər barədə məlumatlar təqdim olunub. Həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan güzəşt tədbirləri sahibkarlıq subyektlərinin vergi və sosial öhdəliklərini ödəmə qabiliyyətinin qorunması, onların maliyyə dayanıqlılığının təmin edilməsinə müsbət təsir göstərəcəkdir.

“İslahat icmalı”nda maliyyə yükünün azaldılması, vergi tətilinin verilməsi, tətbiq olunan güzəştlərin əsas təsir dairəsi, eyni zamanda qanunvericiliyə edilmiş digər dəyişiklik və əlavələr müqayisəli formada təqdim olunub.

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı