İslahat Könüllülərinin təşəbbüsü ilə millət vəkili Tahir Mirkişili ilə “Gələcək iş yerləri” mövzusunda videokonfrans keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşkilatçılığı ilə AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin könüllülərlə “İnnovativ iqtisadiyyat: gələcək iş yerləri” mövzusunda görüşü keçirilib. Videokonfrans formatında keçirilən görüş zamanı gəncləri maraqlandıran ən əsas mövzulardan biri olan müasir dövrün innovativ məşğulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub.

Millət vəkili görüş zamanı könüllülərə İnnovativ iqtisadiyyatın əsas xaratekterik xüsusiyyətləri, onun aparıcı qüvvələri, insan kapitalının rolu, gələcəkdə ən çox tələb olunan ixtisaslar və bu ixtisaslara yiyələnməyin yolları barədə məlumat verib.

Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllüləri ilə yanaşı ASAN, DOST, QİDA, miqrasiya, aqrar və gömrükçü könüllüləri də olmaqla yüzə yaxın gənc iştirak edib. Tahir Mirkişilinin çıxışının ardınca könüllülər də öz növbəsində millət vəkili ilə mövzu ilə bağlı fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır