Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İslam İnkişaf Bankı Qarabağ suvarma kanalının yenidən qurulmasına 436 mln. dollar ayıra bilər - BBN

İslam İnkişaf Bankı Qarabağ suvarma kanalının yenidən qurulmasına 436 mln. dollar ayıra bilər

stack of one hundred dollars notes on dollars background

İslam İnkişaf Bankı Qrupu Qarabağ suvarma kanalının yenidən qurulması layihəsinə 436,39 milyon ABŞ dolları ayıra bilər.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.

Hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, 2024-cü ilin noyabr ayında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankı Qrupu ilə “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə sazişlər imzalanıb. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində beynəlxalq maliyyə institutu tərəfindən dövlət zəmanəti ilə maliyyələşdirilən ilk layihə olub.

Layihə çərçivəsində Cəbrayıl və Füzuli rayonlarında 252 min hektar ərazinin su təminatının yaxşılaşdırılması və 12 620 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi nəzərdə tutulur. Bu məqsədlə İslam İnkişaf Bankı ilə 2024-cü il 14 noyabr tarixində 96,48 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan digər böyük infrastruktur layihəsi – “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə də danışıqlar aparılır. Layihə Qarabağ zonası və ona bitişik 9 rayonda – Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonlarında yerləşən təxminən 115 min hektar əkin sahəsinin suvarılması, eləcə də yaşayış məntəqələrinin içməli və məişət suyu ilə təmin olunmasını nəzərdə tutur.

Bildirilir ki, layihə üzrə sazişlərin İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə Azərbaycanda keçiriləcək illik toplantıları çərçivəsində imzalanması planlaşdırılır.

Related posts

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında yeni elektron xidmətlər istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı