Dekabrın 16-da Qətərdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda Direktorlar Şurasının üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.