İsrail qazını Türkiyədən keçirmək üçün iclas olub

İsrail Enerji naziri Yuval Steinitz İsrail qazını Türkiyədən keçirmek üçün görüşün həyata keçirildiyini bildirib. Steinitz noyabrda Akdenizdə yeni təbii qaz quyuları açmağı planlaşdırdıqlarını və Akdenizdə indiyə qədər 900 milyard kubmetr təbii qaz kəşf etdiklərini bildirib.

Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və İsrail Enerji naziri Yuval Steinitz iki ölkə arasındakı əlaqələri müzakirə etmək üçün İstanbulda toplaşıb.

Nazirlikdən verilən açıqlamaya görə, sözügedən görüş nazirlik səviyyəsindəki ilk iclas olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır