İsrailin Azərbaycandakı səfiri ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb. 

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğu vurğulanıb. KOB sahəsində mövcud tərəfdaşlığa və əlaqələrin inkişafı perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə İsrailin Kiçik və Orta Biznes Agentliyi və Beynəlxalq İnkişaf Agentliyi (MASHAV) ilə əməkdaşlığa, KOB sahəsində təcrübə mübadiləsinə, hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın qurulması və məlumat mübadiləsi məqsədilə birgə tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı