Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib - BBN

İstehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib

Tədbirdə sahibkarlara istehlakçı hüquqlarının qorunması ilə bağlı hüquqi normalar izah edilib,
şəffaf xidmətlərin göstərilməsi, istehlakçı etimadının qazanılması və müştəri məmnuniyyətinin
artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu silsilədən olan növbəti görüş Agentliyin təşəbbüsü, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.
“Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
Görüş zamanı Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərovun təqdimatla çıxış ediblər.
Çıxışlar zamanı ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşması fonunda müxtəlif mal və xidmətlərə olan tələbatın artdığı qeyd olunub. Bu xüsusda istehlakçıların öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Habelə ölkədə istehlakçı hüquqlarının müdafiəsi üçün etibarlı və dayanıqlı mexanizmlərin formalaşdırıldığı, bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul edildiyi vurğulanıb.
Bundan əlavə, sahibkarlara istehlakçı hüquqlarının qorunması ilə bağlı hüquqi normalar izah edilib, fəaliyyətlərinin qanunvericilik çərçivəsində təşkili və müştəri məmnuniyyətinin artırılması ətrafında müzakirələr aparılıb.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı