
Süni intellekt texnologiyalarına yönəlmiş iri həcmli investisiyalar İsveç və Böyük Britaniyanın valyutalarına olan tələbi artırıb.
BBN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, İsveç kronu və funt sterlinq cari ildə ilk dəfə olaraq valyuta bazarlarında süni intellekt sektoru ilə bağlı xəbərlərin təsiri altında möhkəmlənib.
İsveç və Böyük Britaniya hazırda süni intellekt sahəsinə qlobal səviyyədə ən çox investisiya cəlb edən üçüncü və dördüncü ölkə kimi qeydə alınıb. Məlumata görə, Microsoft, Meta və Alphabet kimi şirkətlər İsveçdə yeni məlumat mərkəzləri qurur.
Eyni zamanda, ABŞ və Birləşmiş Krallıq arasında texnologiya sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşma da funt sterlinqə olan marağı artırıb.
Maliyyə analitikləri qeyd edirlər ki, texnologiya sektoruna yönələn investisiya axınları bu ölkələrin valyutalarına tələb yaradır və bu, bazarlarda möhkəmlənmə ilə müşayiət olunur.







