Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İsveçrə frankı avro qarşısında 10 ilin zirvəsinə yaxınlaşır - BBN

İsveçrə frankı avro qarşısında 10 ilin zirvəsinə yaxınlaşır

Avropada artan siyasi qeyri-müəyyənlik və qlobal risklər fonunda investorlar ənənəvi “təhlükəsiz liman” sayılan İsveçrə frankına yönəlirlər.

BBN.az xəbər verir ki, frank bu gün avro qarşısında möhkəmlənərək 2015-ci ilin yanvarında qeydə alınan son zirvəyə yaxınlaşıb. Avro/frank məzənnəsi 0,9215 səviyyəsinə enib və 2015-ci ilin pik göstəricisinə bir addımlıq məsafədədir. Eyni zamanda, İsveçrənin ticarət profisiti sentyabrda 4 milyard franka yüksəlib.

Mütəxəssislərin fikrincə, Fransadakı siyasi qeyri-müəyyənlik, Rusiya ilə davam edən gərginlik və Çinlə ticarətə dair risklər avronu zəiflədərək investorları frank kimi sabit valyutalara yönəldir.

Hazırda avro bu səhər 0,1 faiz dəyər itirərək 0,9215 səviyyəsinə enib və 0,9217 civarında ticarət olunur. Qeyd edilir ki, 0,92-lik hədd sonuncu dəfə 2015-ci ilin yanvarında test olunmuşdu.

Ümumilikdə, avro ayın əvvəlindən İsveçrə frankı qarşısında 1,38 faiz, ilin əvvəlindən isə 1,96 faiz zəifləyib.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı