Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İsveçrə ilk kriptovalyuta fondunu yaradır

İsveçrə ilk kriptovalyuta fondunu yaradır

Kriptovalyuta konsepsiyasının sürətlə yayıldığı Qərbi Avropa ölkələrindən olan İsveçrədə kripto investisiya alətlərinin inkişafı yönündə daha bir addım atılıb. Belə ki, uzun müddətdir müzakirələri gedən kriptovalyuta fondu bugün etibarilə İsveçrənin maliyyə tənzimləmə orqanı (FINMA) tərəfindən təsdiqlənib.

“Crypto Market Index Fund” adı altında fəaliyyət göstərəcək fond İsveçrə mərkəzli “Crypto Finance” şirkəti tərəfindən yaradılıb. Fondun investisiya fəaliyyəti “PvB Pernet von Ballmoos AG” investisiya şirkəti və “SEBA Bank AG” bankı tərəfindən idarə ediləcək.

Kriptovalyuta fondunun əsas məqsədi yerli və xarici kriptovalyuta bazarında fond  vəsaiti hesabına aktivlərin alınıb satılması ilə yanaşı, yerli kriptovalyutalar üçün bazarda bençmark yaradılmasına dəstək olmaqdır.

Related posts

ABŞ–İsrailin İrana zərbələrindən sonra qızıl 2% bahalaşıb

“Qızıl qiymətləri yüksəlməkdə davam edəcək? ” – Goldman Sachs 2026 proqnozunu yenidən artırdı

Neft bazarında gözləmə rejimi – ABŞ-İran danışıqları öncəsi qiymətlər sabit qaldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı