“İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilib

09 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik Ekspert Qrupu”nun ilk (onlayn) iclası keçirilib. Görüşdə “İT və İT Təhlükəsizlik Ekspert Qrupu”nun sədri Cəlal Orucov ,  sədr müavini İlqar Əliyev , Mərkəzi Bankın nümayəndəsi Anar Quliyev və bankların rəhbər şəxslərindən ibarət Qrupun üzvləri iştirak edib.

İclas zamanı pandemiya dövründə evdən və kənardan işlərin yerinə yetirilməsi və yeni texnoloji həllərin tətbiqi mövzusunda PaşaBank ASC-nin İnformasiya texnologiyaları xidmətinin təqdimatı keçirilmişdir. Kənardan və evdən işləmə üzrə bankların aparıcı ekspertləri arasında təcrübə mübadiləsi, innovasiyalardan istifadə və təhlükəsizlik nəzarətlərinin təmini, biznesin və əməliyyatların dayanıqlı olması üzrə yanaşmalar müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı