“İtaliya Festivalı” keçiriləcək

1 mart 2018-cı il tarixində Bakıda “İtaliya Festivalı” keçiriləcək.

Festival İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı, İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunacaq. Bir günlük tədbirdə italyan markalarını Bakıda təmsil edən Azərbaycan firmaları iştirak edəcək.

Festivalın 1-ci hissəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələr və gənc memarlar üçün seminarla başlayacaq. Festival günün 2-ci yarısında Bakı Media Mərkəzində dəyirmi masalar və sərgi ilə davam edəcək. Dəyirmi masa “Bakının gözəlliyi və onun gələcəyi: müasir məşğul həyatlarda interyer dizaynın pərakəndə satışı” və “Bakının gözəlliyi və onun gələcəyi: şəhərsalmada memarlıq inteqrasiya layihəsi” mövzularına həsr olunacaq. Bundan başqa “70 illik səyahət: 50-ci illərdən bu günə qədər italyan dizaynı” adı altında dizayn sərgisi təşkil olunacaq.

Festivalda İtaliyanın “Signoretto Lampadari”, “Kubedesign”, “Piba marmi”, “Studio Ape”, “Monkey Du”, “Studio Claudio Pironi & Partners”, “Four Dimensions”, “PoliStudio” şirkətləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır