

Koronavirus pandemiyasının təsirlərinin ən sərt müşahidə olunduğu ölkələrdən biri olan İtaliyanın iqtisadiyyatı birinci rübdə ötən rübə nəzərən 5.3%, ötən ilin müvafiq rübünə nəzərən isə 5.4% geriləyib. İtaliyanın rəsmi statistika ofisi “Istat” tərəfindən açıqlanan bu göstərici İtaliya tarixində 1995-ci ildən bu yana qeydə alınan ən kəskin iqtisadi kiçilmədir. Qeyd edək ki, proqnozlar ölkə iqtisadiyyatının 4.7% kiçiləcəyi yönündə idi.
Detallı olaraq nəzər saldıqda, ölkədə ötən rübə nəzərən istehlak xərclərinin 5.1%, əsas kapitala qoyulan investisiyanın 8.1%, idxal və ixracın isə müvafiq olaraq 6.2% və 8.0% azaldığını müşahidə etmək olar. Ölkədə sənaye istehsalı 8%-dən çox geriləyib.
İtaliya Mərkəzi Bankının sədri İgnazio Visco cümə günü mətbuata verdiyi açıqlamada, ölkə iqtisadiyyatının cari ildə ən yaxşı halda 9%, ən pis halda isə 13% kiçiləcəyini vurğulayıb.