Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İtaliya iqtisadiyyatı rekord səviyyədə geriləyib

İtaliya iqtisadiyyatı rekord səviyyədə geriləyib

Koronavirus pandemiyasının təsirlərinin ən sərt müşahidə olunduğu ölkələrdən biri olan İtaliyanın iqtisadiyyatı birinci rübdə ötən rübə nəzərən 5.3%, ötən ilin müvafiq rübünə nəzərən isə 5.4% geriləyib. İtaliyanın rəsmi statistika ofisi  “Istat” tərəfindən açıqlanan bu göstərici İtaliya tarixində 1995-ci ildən bu yana qeydə alınan ən kəskin iqtisadi kiçilmədir. Qeyd edək ki, proqnozlar ölkə iqtisadiyyatının 4.7% kiçiləcəyi yönündə idi.

Detallı olaraq nəzər saldıqda, ölkədə ötən rübə nəzərən istehlak xərclərinin 5.1%, əsas kapitala qoyulan investisiyanın 8.1%, idxal və ixracın isə müvafiq olaraq 6.2% və 8.0% azaldığını müşahidə etmək olar. Ölkədə sənaye istehsalı 8%-dən çox geriləyib.

İtaliya Mərkəzi Bankının sədri İgnazio Visco cümə günü mətbuata verdiyi açıqlamada, ölkə iqtisadiyyatının cari ildə ən yaxşı halda 9%, ən pis halda isə 13% kiçiləcəyini vurğulayıb.

Related posts

Almaniya əhalisinin 2050-ci ilə qədər 5 faiz azalacağı gözlənilir

Aİ Şurası səkkiz üzv dövlətin SAFE proqram planlarını təsdiqləyib

BVF Almaniya iqtisadiyyatı və borc əyləci islahatlarını təhlil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı