“IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİĠSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum öz işinə başlayıb

6 noyabr 2019-cu il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi “IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU – NAĞDSIZ İQTİĠSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum öz işinə başlayıb.

İki gün keçiriləcək bu Forumda aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

Forumun ilk “Nağdsız İqtisadiyyat: Nailiyyətlər və Çağrışlar” adlı panelində Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri v.i.e. İbrahim Alışov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti  Zakir Nuriyev və “Mastercard”ın  Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar cıxış edərək mövzu ətrafında genış fikir mübadiləsi aparmışlar.

Panelin moderatoru qismində Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxış etmişdir.

Forum altı Paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mözvularını əhatə edəcək.

İştirakçılar və spikerlər arasında “Mastercard”, “Cross”, “Oracle”, “BS/2”, Zolotaya Korona”, “Tieto”, “Group-IB”, “Solanteq”, “Dell”, “Commerzbank”, “Terrasoft”, “PayPorter”, “ihs Teknoloji”, EFSE”, “Wallyt”, “S&P Global Ratings”, “Pafilia”, “Spektr Centre for Research and Development”, “Simbrella”, “Diebold Nixdorf”, “Polish Bank Association”, “RDTEX”, “FICO Tonbeller”, “Qulix”, “IDNT”, “Adecco” və s. kimi nüfuzlu maliyyə-texnologiya və digər nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, Forum 29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində keçirilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır