“İxrac icmalı”nın avqust sayının ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin yanvar-iyul ayları ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 46,6% artıb.

2023-cü ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6% artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3% artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə isə 1,5% artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı