İxrac məhsullarının dünya xəritəsi

Dünya ölkələrinin ixracında əsas hissəni hansı tip əmtəələrin təşkil etdiyini bilirsinizmi?

Amerika Bankı “Merril Lynch” tərəfindən hazırlanan xəritədə siz bu məlumatı tapa bilərsiniz. Qeyd edək ki, xəritədə xidmət ixracları göstərilmir.

Bu Bankın hazırladığı Dünya Atlasında vurğulanır ki, “Dünyada bir çox ölkənin gəlirlərinin əsas hissəsi onun ixrac etdiyi məhsullardan asılıdır ”. Bunu nəzərə alaraq, xəritə bizə xammal bazarında müşahidə olunan son vəziyyətin hansı ölkələr üçün risk yarada biləcəyini göstərir.

Bu xəritə mənbə olaraq Dünya Faktları Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA World Factbook) 2014-cü il məlumatlarından istifadə edir.

 

Untitled

Dünya nə ixrac edir?

Bu xəritədə bir çox qlobal iştirakçılar, xüsusilə də neft ixrac edən ölkələr vurğulanır. Tünd mavi rənglə verilən sahələr hansı ölkələrin böyük neft ixracına malik olduğunu göstərir. Göründüyü kimi neft nəinki yaxın Şərqdə, həmçinin Asiya,Afrika və Cənubi Amerika ölkələrinin ixracında da əhəmiyyətli bir paya malikdir.

Qiymətli metal və minerallar da öz növbəsində qlobal iqtisadiyyatda mühüm rol oynayır və xəritədə qırmızı və narıncı rəngdə göstərilib. Buna əsaslanaraq deyə bilərik ki, qızıl, dəmir və daş kömür ixrac edən ölkələr Asiya və Afrikada toplanmışdır. Həmçinin qeyd etmək lazımdır ki, qiymətli daş-qaş istehsal edən sahələrdə dünyanın ən böyük ixracçısı Hindistandır. Bundan fərqli olaraq, Avropa ölkələrinin ixracı teknika və nəqliyyata yönəlib.

Elektronik məhsulların üstünlük təşkil etdiyi ixracçı ölkələr daha çox ABŞ və Çindir.

Xəritəyə baxdıqda Türkiyənin ixrac etdiyi əmtəələr üzrə böyük payın tekstil məhsulların təşkil etdiyini görə bilərik.

Dünya İqtisadiyyatı Forumunun E15 (Qlobal Ticarət və İnvestisiya sisteminin gücləndirilməsi) Təşəbbüsü iddia edir ki, 2008-ci il krizisden sonra qlobal ticarətdə “mühüm geriləmə” yaşandı. “Effektiv qlobal ticarət və investisiya sistemi” iqtisadiyyatın böyüməsi və qlobal çağırışları qarşılamaq üçün açar rolunu oynadı.

Milli və beynəlxalq təsvirin başa düşülməsi bu sistemin effektivliyinə gətirir. Qlobal ixrac mövqeləri sadəcə effektivliyin inkişafına gətirmir, həmçinin dünyada ölkələrin üzləşə biləcəyi riski göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır