İxrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Noyabrın 21-də Bakı Biznes Mərkəzində Azərbaycan şirkətlərinin ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində iştirakına, həmçinin Çin Xalq Respublikasının Şanxay və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərlərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

13-15 noyabr tarixlərində isə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub. Missiya çərçivəsində AZPROMO və ITOC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evinin yaradılması nəzərdə tutulur.

İxrac missiyası Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” Qida Sərgisində iştirak edib. Rusiyaya ilə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır