İxrac olunan malların dəyərinin ödənişinə yeni nəzarət sistemi yaradılıb

“Azərbaycan Raspublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərmana uyğun olaraq konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarət sistemi yaradılıb. Yeni sistemin tətbiqi qeyri neft sektorunun inkişafı ilə bağlı ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin genişləndirilməsi istiqamətində aparılan islahatların tərkib hissəsidir.

Bu layihənin əsas məqsədi, ixrac olunan mallara görə ölkəyə gətirilən vəsaitin tənzimlənməsi, vəsaitə nəzarətin təmin edilməsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizənin bir metodunun həyata keçirilməsidir.

Qeyd edək ki, Konsiqnasiya əməliyyatları üzrə ixrac olunan malların dəyərinin ödənişinə nəzarəti Dövlət Gömrük komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır