Home » İxracatçılar alıcı missiyasında iştirak etməyə dəvət olunur

İxracatçılar alıcı missiyasında iştirak etməyə dəvət olunur

by anar
0 rəy 1 baxış 4 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 2024-cü ilin 11-16 mart tarixlərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunacaq alıcı missiyasında iştirak etmək üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxracatçıların maksimum sayı: 15.

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Qida, içki və sənaye sahələri;

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Koreya Respublikası

Alıcı missiyasında iştirak edəcək ixracatçılar AZPROMO tərəfindən təşkil olunacaq müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 5 fevral 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • Dəstək tədbirində iştirakla bağlı şərtlər;
  • Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;
  • Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 26 yanvar 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin müdiri
Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)
E-mail: samira.mammadova@azpromo.gov.az

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamentinin İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)

E-mail:  ali.babayev@azpromo.gov.az

XİFMN üzrə məhsulun kodu Məhsulun adı
04 süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları
08 yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları
0902300000 qara çay (fermentləşdirilmiş) və ya qismən fermentləşdirilmiş, 3 kq-dan çox çəkisi olmayan ilkin bağlamalarda
0905-0910 müxtəlif ədviyyatlar
15 heyvan və ya bitki mənşəli piylər və  yağlar və onların parçalanması nəticəsində alınan məhsullar, hazır yeyinti piyləri heyvan ve bitki mənşəli mumlar
160100 ətdən, ət əlavələrindən və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları
1602 ətdən, ət əlavələrindən və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar
1604 hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü və onun balıq kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri
17 şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları
1806 şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsullar
19 taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsular un qənnadı məhsulları
20 tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları
2103 sousların hazırlanması üçün məhsullar və hazır souslar; dad əlavələri və qarışıq ədviyyatlar; xardal tozu və hazır xardal
210500 dondurma və digər yeyinti buz növləri, tərkibində kakao olan və ya olmayan
22 alkoqollu və alkoqolsuz içkilər və sirkə
39 plastmassa və onlardan hazırlanan məmulatlar
4823 forma və ya ölçü üzrə kəsilmiş kağız, karton, sellüloz pambıq və sellüloz lifli parçalar və digərləri; kağız kütlədən, kağızdan, kartondan, sellüloz pambıqdan və sellüloz lifli parçalar və digər məmulatlar
50 ipək
71 təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr
72 qara metallar
76 alüminium və ondan hazırlanan məmulatlar

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.