Ötən 6 ay ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib

İyulun 7-də Bakı Biznes Mərkəzində AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun üzvləri Azərbaycanın Rusiyada, Çində və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndələri, ölkəmizin Belarusdakı Ticarət Evinin rəhbəri ilə görüşüblər.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

Görülən tədbirlər nəticəsində 2017-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 22% artıb. Bu il ərzində “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilib, yerli məhsullarımız vahid ölkə stendləri ilə beynəlxalq sərgilərdə nümayiş olunub. Bu ilin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.

Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan yerli məhsullar üçün ixrac təşviqi ödənilir. Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır