İxtiraların və faydalı modellərin patentləşdirilməsi xərclərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək

Təsdiq edilmiş  Qaydada  ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlət dəstəyinin göstərilməsi və Azərbaycan vətəndaşları olan hüquq sahiblərinin Patent Əməkdaşlıq Sazişi (PCT) sistemindən istifadəsinə dair  müddəalar əks olunmuş və PCT prosedurları çərçivəsində  ixtiralara və faydalı modellərə görə verilən  patentlərin ilk 3 il müddətində qüvvədə saxlanması ilə bağlı hüquq sahiblərinin çəkdikləri xərclərin 50 (əlli) faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin mexanizmiləri müəyyən edilmişdir.

Qərarın qəbul edilməsi ixtiraçılıq fəaliyyətinin stimullaşdırılmasına,  Azərbaycan Respublikasının vətəndaşları olan hüquq sahibləri tərəfindən beynəlxalq qorunma sənədinin (patent) alınmasına öz müsbət təsirini göstərəcək və ölkənin mövqeyinin beynəlxalq reytinqlərdə yüksəldilməsinə xidmət edəcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı