İyulda kripto törəmələrinin həcmi 3.12 trilyon dollara çatdı

Mərkəzləşdirilmiş birjalarda ticarət edilən kripto törəmələrinin həcmi 3.12 trilyon dollara çatıb, bu isə nə az nə çox, düz aylıq 13% artımdır.

BBN.az Business Standard-a istinadən xəbər verir ki, bu haqda “CryptoCompare” tədqiqatçısı çərşənbə günü deyib.

Sonuncu bazar böhranından sonra kriptoların qiyməti artım göstərməkdədir. CryptoCompare-dan bildirilib ki, törəmə alətlər bazarı indi ümumi kriptovalyuta həcminin 69%-ni təşkil edir.

İyunda bu rəqəm 66%-dən çox olub və birjalardakı ümumi kriptovalyuta həcminin iyulda 4,51 trilyon dollara yüksəlməsinə kömək edib. Kripto bazarı may və iyunda inflyasiya və ABŞ Mərkəzi Bankının faiz dərəcələrini cari ildə ardıcıl artırmasından dolayı investorlar bu riskli dijital pullardan imtina etməyə başladılar. Buna səbəb olaraq kriptovalyutanın ticarəti ilə məşğul olanlar müştərilər üçün dijital pullardan istifadəni dondurdular, bəzi kripto şirkətləri isə iş yerlərini ixtisar etdi.

Bitkoinin qiymətləri qismən artmağa başlayıb, belə ki, iyulda bitkoin 17% dəyər qazanmışdı və 24.300 dollara ticarət olunurdu. Ancaq bu noyabr ayındakı özünün rekord qiymətindən – 69.000 dollar olduqca aşağı bir rəqəmdir. 

CryptoCompare-dən deyiblər ki, kriptoların qiymətində yüksəlmə olacaq, bu isə Mərkəzi Bankın avqustda heç bir iclasının olmayacağı ilə bağlıdır. İyulda Ether, özünün iyundakı 880 dollar ən aşağı qiymətindən 1900 dollara qədər yüksəlib. 

Related posts

Bu günün valyuta məzənnələri-17.07.2024

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı