İyun ayında debet kartların sayı azalıb

2017-ci ilin iyun ayı ərzində dövriyyədə olan debet kartlarının ümumi sayı 4.946 milyon ədəd olub. Ötən ayla müqayisədə  bu göstərici  46 min ədəd azdır. Həmçinin, iyun ayında debet kartları ilə aparılan əməliyyatların həcmi 1.141 milyard manat olub. Əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 28 milyon manat məbləğində artıb.

Qeyd edək ki,  orta hesabla iyun ayı ərzində  1 debet kartla  230 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 8 manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır