“Jaguar Land Rover” elektrik avtomobillərinin istehsalına başlayacaq

Böyük Britaniya mərkəzli avtomobil istehsalçısı özünün “Castle Bromwich” zavodunda elektriklə işləyən maşınların istehsalına başlayacağı barədə planlarını açıqlayıb. Şirkət açıqlayıb ki, ilk istehsal olunacaq elektrik avtomobili “Jaguar XJ” olacaq.

“Jaguar”-ın bu layihəyə yüz milyon funt-sterlinqdən çox maliyyə vəsaiti ayırması və bu layihə nəticəsində 2500 işçinin işdən çıxarılmasının qarşısının alınması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır