Jim Cramer: “FED-in yumşaq eniş edə biləcəyinə dair real bir imkan var”

Çərşənbə axşamı CNBC TV-də çalışan jurnalist Jim Cramer ABŞ Mərkəzi Bankının (FED) iqtisadi tənəzzülə getmədən inflyasiyanı idarəedə biləcəyinə inandığını qeyd edib. O, əlavə edib ki, maliyyə qurumunun yumşaq eniş edə biləcəyinə dair real bir imkan var.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, onun sözlərinə, əsasən bir sıra neqativ başlıqların olmasına rəğmən, bazar bununla başa çıxa bilər. 

O, bu sözləri deyərkən Rusiyanın noyabrın 15-də Polşa sərhədinə raket hücumunu və FTX kripto böhranını və ABŞ ilkin seçkilər ilə bağlı nəticələrin qeyri-müəyyənliyi məsələlərini nümunə gətirib.

Bildirək ki, oktyabr istehlakçı qiymət indeksi ilə bağlı data-lar göstərib ki, inflyasiya azalır və bu isə çərşənbə axşamı səhm bazarının yüksəlməsinə səbəb olub.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı