Jim Cramer: İnflyasiyanın ən böyük aparıcı qüvvəsi iqtisadi hesabatlar deyil, müştərilərdir

“İnflyasiyanın ən böyük aparıcı qüvvəsi iqtisadi hesabatlar deyil, müştərilərdir”.

BBN.az xəbər verir ki, bu haqda CNBC-nin aparıcısı Jim Cramer bildirib.

“Yüksək faiz dərəcələri onları narahat etmir. Onların vəsaitləri var, çünki 2 il ərzində heç nə etməyiblər. Mənim ən böyük narahatlığım budur ki, ümumi data-lar burada bir rol oynamır”. 

Jim Cramer əlavə edib ki, əgər iş və əmək haqlarının artımı gözləniləndən daha güclü olacaqsa, bu halda ABŞ-ın Mərkəzi Bankı (FED) aqressiv faiz artımı siyasətini davam etdirəcək.

“Bir il ərzində onlar heç bir eyforiyaya qapılmayacaqlar, əlavə yığımlarından istifadə edəcəklər. Buna görə də faiz dərəcələri yüksək olaraq qalır”, – deyə Cramer deyib.

Qeyd edək ki, FED ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini yüksəldir, bu isə iqtisadi aktivliyi azaldır. Gözlənti isə budur ki, iqtisadi aktivliyin azaldılması inflyasiyanı aşağı salacaq.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı