“JPMorgan Chase” böyüməkdə davam edir

ABŞ-ın ən böyük dörd bankından biri olan “JPMorgan Chase” bankı ABŞ ərazisində 90-a yaxın yeni filial açacaq.

700-dən çox yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq bu filialların yaradılmasının əsas səbəbi kimi kreditlər və depozitlərin həcmi üzrə əsas rəqibləri olan “Bank of America” və “Wells Fargo” ilə rəqabətdə güclənməkdir.

Qeyd edək ki, “JPMorgan Chase”-dən yanvar ayında verilən açıqlamada ümumi 400-ə yaxın yeni filial açılağı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır