JPMorgan UK-nin rəqəmsal bankı “Chase UK” çərşənbə axşamı etdiyi açıqlamda bildirib ki, oktyabrın 16-dan başlayaraq müştəriləri debit kartları və yaxud xarici bank transferləri ilə kripto tranzaksiyası edə bilməyəcəklər. Bankın müştərilərinə göndərdiyi məktubda deyilir: “Əgər kripto ilə əlaqəli tranzaksiya həyata keçirsəniz, bu halda imtina bildirişi əldə edəcəksiniz”.
BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, kompaniya isə açıqlamasında qeyd edib ki, onların belə bir addım atmasına səbəb isə fırıldaqçıların kripto aktivlərdən istifadə etməklə insanlardan böyük məbləğdə vəsait oğurlaması ilə bağlıdır.
Qeyd edək ki, belə bir addımı daha öncə Böyük Britaniyanın bir başqa bankı da etmişdi və onlar müştərilərini fırıldaqçıların qurbanı olmaqdan qoruyurlar.
Əlavə edək ki, bank qərarını daha da əsaslandırmaq üçün “Action Fraud”un data-sına istinad edir və bildirir ki, ötən il Böyük Britaniyada müştərilərin kripto ilə əlaqəli fırıldaqçılıq halları ilə əlaqədar itkiləri 40%-i ötüb və ilk dəfə olaraq 300 milyon funt sterlinqi keçib.