Kənd təsərrüfatı məhsulları 2,4% artıb

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 961,6 min hektar əkin sahəsinin 959,6 min hektarı biçilib və həmin sahələrdən 2836,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 29,6 min hektar dən üçün qarğıdalı sahəsindən 174,5 min ton məhsul götürülüb.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 870,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,6 min ton çox kartof, 1150,3 min ton (22,4 min ton az) tərəvəz, 461,4 min ton (20,1 min ton az) bostan məhsulları, 538,8 min ton (5,4 min ton çox) meyvə və giləmeyvə, 98,7 min ton (13,0 min ton az) üzüm, 891,9 ton (335,4 ton çox) yaşıl çay yarpağı, 59,1 min ton (18,3 min ton çox) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3095 ton (275 ton çox) tütün yarpağı yığılıb.
Oktyabr ayının 3-nə sahələrdən 12,1 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.
Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2720,8 min baş iri buynuzlu mal-qara və 8740,7 min baş qoyun və keçi mövcud olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 0,6 faiz artıb, qoyun və keçilərin sayı isə eyni səviyyədə qalıb.
2016-cı ilin yanvar-sentyabr aylarında 341,3 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 3,0 faiz çox diri çəkidə ət, 1505,6 min ton (2,5 faiz çox) süd, 1214,0 milyon ədəd (4,9 faiz çox) yumurta, 16,8 min ton (1,5 faiz çox) yun istehsal olunub.
2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır