Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi müzakirə olunub

İyulun 31-də Kənd Təsərrüfatı Nazirinin  müavini Seyfəddin Talıbov Beynəlxalq Maliyyə Korpora- siyasının (bmk) azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

 “Ölkəmizdə sığorta modelini həyata keçirmək üçün müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi aqro-sığorta sahəsində yeni qanunların qəbul edilməsi və bu sığorta mexanizmində fermerlərin mənafeyinin qorunması və çevikliyin təmin edilməsi qarşımızda duran əsas vəzifələrdəndir”. Bu sözləri Seyfəddin Talıbov öz çıxışında qeyd edib.

Həmçinin, həyata keçirilməsi nəzərdə tutulan layihələrin məqsədi Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda aqro-sığorta proqramının inkişafı və yardımı vasitəsi ilə maliyyə resurslarına çıxışı genişləndirməkdir. Layihə eyni zamanda ölkə miqyasında kənd təsərrüfatı üzrə risklərin idarə edilməsinə, habelə ailə-kəndli təsərrüfatlarının maliyyə davamlılığını artıracaq kənd təsərrüfatı sığortalanması üçün Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər məsul dövlət orqanlari ilə birgə davamlı və iqtisadi cəhətdən səmərəli Dövlət-Özəl Əməkdaşlığının(döə) təşkili üzrə bünövrənin yaradılmasına öz töhfəsini verəcək.

Sonda kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsi üzrə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır