Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib - BBN

Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib

“Böyük Qayıdış” proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürüləcək sakinlər üçün peşə kurslarının təşkili işlərini davam etdirir.

Agentlik tərəfindən “Azəriqaz” İstehsalat Birliyi və “Technolearn” MMC ilə birgə “yardım masası (Help Desk)” mütəxəssisi və “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər” peşələri üzrə hazırlıq kursuna start verilib. Kurslara Kəlbəcər rayonu üzrə 23 keçmiş məcburi köçkün cəlb olunub.

Həmin şəxslərə kurslarda seçdikləri peşələr istiqamətində bilik və bacarıqlar öyrədilir. Kursları uğurla bitirənlərin işlə təminatına dəstək göstəriləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı