Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kənd təsərrüfatı kreditləşməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır - BBN

Kənd təsərrüfatı kreditləşməsi üzrə Qazaxıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 5-6 may 2025-ci il tarixində kənd təsərrüfatı kreditləşməsi  mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün Qazaxıstan Respublikasına səfər təşkil edilmişdir. Görüşlər zamanı nümayəndə heyəti  “DAMU” Sahibkarlığın İnkişafı Fondu ASC, Bereke Bank və Bank CenterCredit (BCC) kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış oldu, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparıldı.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Kənd təsərrüfatı kreditləri üçün yeni məhsullar;
  • Kənd təsərrüfatına verilən dövlət dəstəkli kreditlər: zəmanət və subsidiyalar mexanizmləri;
  • Ekoloji təmiz və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi və ətraf mühit tələblərinə uyğun kredit proqramları;
  • Onlayn bankçılıqda kənd təsərrüfatı kreditləri, kənd təsərrüfatı rəqəmsal kredit müraciət platformaları və onlayn müraciət prosedurları, rəqəmsal həllər və innovativ meyllər;
  • Aqrar sığortanın bu mexanizmdəki rolu;
  • Kənd təsərrüfatı kreditləşdirmə prosesində müştəri meyarları, təhlil yanaşmaları, underwriting, rəqəmsal həllər, innovativ meyllər;
  • Kənd təsərrüfatı kreditləşməsində kredit risklərinin idarə olunmasına korporativ yanaşma.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı