Kənd Təsərrüfatı Nazirliyi 356 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsahibə elan edib

Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının B növü üzrə – 280 vakant vəzifə üzrə 281 yer, dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının A növü üzrə 66 yer və dövlət qulluğuna qəbul üçün ümumi müsahibə üzrə 9 vakant vəzifə üzrə 9 yer namizədlərin müraciətləri üçün 15 mart 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində elana çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyi informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və Nazirliyin strukturuna daxil olan qurumlar üzrə müəyyənləşib.

Müsahibə mərhələsi üzrə qeydiyyat 13 aprel 2021-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

https://eservices.dim.gov.az/DQQ/Elan/MsbMshElanList?ElanID=444

https://eservices.dim.gov.az/DQQ/Elan/MsbMshElanList?ElanID=445

https://eservices.dim.gov.az/DQQ/Elan/UmMshMshElanList?ElanID=442

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı