Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Biləsuvarda vətəndaşları qəbul edəcək

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin aparat rəhbəri Azad Cəfərli martın 28-də, saat 10:00-da Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-610-16-52; 051-698-38-99) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

DVX maliyyə institutları üçün beynəlxalq hesabatlılıq standartları üzrə təlim keçirib

İqtisadiyyat naziri Vyetnamın “VinFast” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı