Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə! - BBN

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Hazırda dünyada geniş tətbiq olunan sertifikatlaşdırma proqramlarından biri də “Global G.A.P”dır (Global Good Agriculture Practice). 

Təsərrüfatını inkişaf etdirmək, təhlükəsiz qida təminatına dair fəaliyyətini “Global G.A.P” proqramlarının tələbləri üzrə qurmaq istəyən, eləcə də ixrac imkanlarını genişləndirməkdə maraqlı olan sahibkarlıq subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən keçiriləcək onlayn təlimdə iştirak edə bilərlər. 

20 aprel saat 15:00-da keçiriləcək “Global G.A.P – kənd təsərrüfatı məhsullarının ixracı üçün tələblər” mövzusunda onlayn təlimdə iştirakçılara “Global G.A.P” standartı, qlobal qida təhlükəsizliyi təşəbbüsü və standartın tətbiqindən əldə olunacaq üstünlüklər barədə geniş məlumat veriləcəkdir. 

Onlayn təlimdə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı link vasitəsilə tədbirə qoşula bilərlər:

Qoşulma linki: https://bit.ly/2UiWV0p 

İD: 555 222 15 04 KOD: 222 15 04

Təlimdə iştirak ödənişsizdir.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı