Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq

Quba rayonunda kənd turizminin inkişafı üçün “www.kendegel.az” portalı yaradılacaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən Quba rayonunda fəaliyyət göstərən KOB subyektinə fərdi məsləhət xidmətləri göstərilib.

Peşəkar və təcrübəli ekspertin iştirakı ilə portalda yerləşdiriləcək Qubanın Yuxarı Xanəgah, Nügədi, Qımılqışlaq, Qəçrəş, Təngəaltı və Qrız kəndlərində yerləşən evlərin sahibləri ilə görüş keçirilib, portalın yaradılmasının ev sahiblərinə verəcəyi üstünlüklər, gəlirlərinin artmasına təsiri müzakirə edilib, kənd turizminin inkişafında evlər üçün minimal tələb və standartlar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, yaradılacaq “www.kendegel.az” portalı yerli və xarici turistlərə istirahətinin Quba rayonunda planlaşdırılmasında dəstək olacaq. Belə ki, portal turistlərə qeyd olunan kəndlərdəki evlər, onların qiyməti, tarixi abidələr, ekskursiya yerləri, vaxın səmərəli keçirilməsi üçün təklif olunan xidmətlər barədə ərtaflı məlumat əldə etmək imkanı yaradacaqdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı