Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Canadian flag with mountain and small town views in summer

Kanada hökuməti Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Bu barədə ölkənin xarici işlər naziri Anita Anand məlumat verib.

Yeni sanksiyalar siyahısına Rusiyaya məxsus 11 qurum13 fiziki şəxs daxil edilib. Onların arasında Rusiyanın dron proqramının inkişafında iştirak edən şəxslər də yer alır.

Bundan əlavə, Rusiyanın “kölgə donanması”na məxsus 100-dən çox gəmi, eləcə də bir neçə mayeləşdirilmiş təbii qaz (LNG) müəssisəsi qara siyahıya salınıb.

Qeyd edilib ki, Kanada ilk dəfə olaraq Rusiyanın hibrid hücumlarında istifadə olunan infrastrukturu təmin edən qurumlara da sanksiya tətbiq edib.

Rəsmi Ottavanın açıqlamasına görə, bu addımlar G7 ölkələrinin Rusiyaya təzyiqi artırmaq səylərini dəstəkləmək məqsədi daşıyır.

Related posts

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2026-cı ilin iyulunadək uzadıb

Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı