Kanada TikTok-un ölkədəki kommersiya fəaliyyətini qadağan edir

Kanada “təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un ölkədə kommersiya fəaliyyətini qadağan edib.

BBN.az xəbər verir ki, Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan Çinin sosial media platforması “TikTok” ilə bağlı açıqlama verib.

Nazir  “təhlükəsizlik risklərini” əsas gətirərək “TikTok”un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.

Bununla başqa, Nazir Şampan Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini və vətəndaşların öz kibertəhlükəsizliyinə diqqət yetirmələri, sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələrini bildirib.

May ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault TikTok sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.

Related posts

“Yelo Bank” ASC ajanda hazırlanmasına dair texniki tender elan edir

AccessBank QSC Meraki MR Enterprise License, 3 years, 85 devices (Wi-Fi access points) for 2026 üzrə tender elan edir

VTB (Azərbaycan) ASC stol üstü mini kompüterlərin satın alınması üzrə TENDER ELAN EDİR

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı