Kanadanın Mərkəzi Bankı 2022-ci ildə 7-ci dəfə faiz dərəcələrini artırdı

Kanadanın Mərkəzi Bankı (Bank of Canada) 2022-ci ildə 7-ci dəfə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artırıb.

BBN.az Kanadanın CBC TV proqramına istinadən xəbər verir ki, tənzimləyici faiz dərəcələrini 0.50 artıraraq 4.25-ə çatdırıb. Bu isə 2008-ci ildən bəri ən yüksək artım hesab edilir.

CBC TV-dən deyiblər ki, 2020-ci ildə tənzimləyici tərəfindən verilən açıqlamaya görə uzunmüddətli bir dövrdə faiz dərəcələri aşağı olacaq. Bu açıqlamaya güvənərək bir çox Kanadalı ipoteka kreditləri alıblar. Elə həmin zaman ipoteka kredit faizi 1.92 və sıradan bir Kanadalının ödəyəcəyi məbləğ isə aylıq 1.700 dollar olub. Ancaq son faiz artımlarından, ümumilikdə 5.50% -dən sonra isə bu rəqəm aylıq 2.700 dollara çatıb. 

Lakin burada bir ümid isə bankın açıqlaması olub, belə ki, 2023-cü ilin əvvəlindən faiz artımları dayandırıla bilər. Analitiklər isə deyirlər ki, tənzimləyici faiz artımlarının son xəttinə çox yaxındır, ona görə də gözləmək olar. 

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı