“Kapital Bank” 2023-cü ilin yekunları və yeni strateji dövrə dair mətbuat konfransı təşkil etdi

“Bankımız 100 milyon manat civarında manat istiqrazları buraxmağı planlaşdırır”. 

“Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov “Kapital Bank”ın 2023-cü ilin yekunları və yeni stratej dövrə dair mətbuat konfransı çərçivəsində BBN.az-ın “Bankın dollar əmanətlərinin saxlanılmasına nəzərdə tutulan faiz dərəcəsi nə səbəblə azdır?” sualını cavablandıran zaman əlavə olaraq qeyd edib.  

O, bildirib ki, istiqrazların ilkin tranşı 50 milyon manat, faiz dərəcəsi 10% təşkil edəcək: “İstiqraz buraxılışı daha sonra bazarın davranışına uyğun tənzimlənəcək. Əhalinin “Kapital Bank”ın istiqrazlarına marağı yüksəkdir. Bunu dollar istiqrazları üzrə də müşahidə etdik. Dollar istiqrazlarının 82%-i fiziki şəxslər tərəfindən əldə edildi”, – Fərid Hüseynov əlavə edib.

Fərid Hüseynov jurnalistlərin “Naxçıvan Bank” ilə əlaqəli sualına cavab olaraq bunları bildirib:

“Naxçıvan Bank”dan Kapital Bank”a ötürülən kredit portfelinin həcmi 184 milyon manat civarındadır. Portfelin 84,5 milyon manatı korporativ kreditlərin, qalan hissəsi isə qeyri-korporativ kreditlərin payına düşüb. Kapital Bank-ın hansısa bankı, o cümlədən “Naxçıvan Bank”ı almaq planı yoxdur. 2023-cü il üzrə ötürülən portfel bankın 3%-i civarındadır. Bu da kiçik rəqəmdir. Məqsəd müştərilərin rahatlığını təmin etməkdir”, – F. Hüseynov əlavə edib.

İdarə Heyətinin sədri, Baş icracı direktoru qeyd edib ki, kibertəhlükəsizlik məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə müxtəlif maarifləndirmə layihələri təşkil edilməkdədir: 

“Kapital Bank”a müraciətlərin 70%-i müştərilərin xeyrinə həll edilib. 2023-cü il üzrə 4 min müştəri şikayəti daxil olub. Bunun 70%-i müştərilərin xeyrinə həll edilib. Bank təhlükəsizlik sistemlərini gücləndirib. Amma təəssüf ki, müştərilər şəxsi məlumatlarını kiberdələduzlara ötürdüyü zaman problemi həll etmək olmur. Ötən il bank 400 min şübhəli əməliyyat qeydə alıb. Daha sonra bunun 20%-i həqiqi əməliyyat olduğu üçün təsdiq edilib”.

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı