Home » Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb

Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Hər zaman maraqlı layihələr təqdim edərək, ölkənin reklam və marketinq sektoruna töhfə verən Kapital Bank “Felis Mükafatları”nda müxtəlif kateqoriyalar üzrə 9 mükafata layiq görülüb. Təqdimat mərasimi 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi “Brand Week” tədbirində baş tutub.

“Hər şey mümkündür” sosial layihəsi üzrə “Ən yaxşı reklam kampaniyası” və “Ən yaxşı film” nominasiyasında, həmçinin “Birbank-la olar” reklam kampaniyasında “Ən yaxşı musiqi” və “Ən yaxşı 360 reklam kampaniyası” nominasiyasında qızıl mükafata, “Hər şey mümkündür” sosial layihəsi üzrə “Ən yaxşı PR kampaniya”, “Məni işarələmə” layihəsi üzrə isə “Ən yaxşı influnser kampaniyası” nominasiyasında, həmçinin “Yeni Birbank keşbek start kampaniyası” layihəsində “Ən yaxşı visual effekt” və “Ən yaxşı prodakşn işi” nominasiyası üzrə gümüş, həmin layihədə “Ən yaxşı musiqi” nominasiyası üzrə isə bürünc mükafata layiq görülüb.

Ümumilikdə 9 nominasiya üzrə qalib olan Kapital Bank, 4 qızıl, 4 gümüş və 1 bürünc mükafat qazanıb. Qalib gələn reklam işləri “Endorphin”, “FCB Artgroup Baku” və “Maverick” reklam agentlikləri ilə birgə hazırlanıb.

Qeyd edək ki, reklam və marketinq sahəsində effektiv və kreativ işləri mükafatlandıran “Felis Mükafatları” tədbirində bu ildən etibarən artıq Azərbaycan şirkətləri də iştirak edib. 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunu mükafatlandıran, müraciətlər üzrə rekord qıran “Felis Mükafatları” marketinq və reklam sahəsində olan nüfuzlu tədbirlərdən biri hesab edilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.