“Kapital Bank” ASC 8 milyonluq istiqrazlarını ləğv edib

“Kapital Bank” ASC-nin Müşahidə Şurasının 24 May 2016-cı il tarixli qərarına əsasən 17 Mart 2014-cü il tarixində AZ2003005157 dövlət nömrəsilə qeydə alınmış hər birinin nominal dəyəri 1000 manat olan 8000 ədəd adlı, sənədsiz, faizli, təmin edilməmiş istiqrazları ləğv edilmişdir.

Bankın açıqladığı məlumata görə, bununla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sözügedən istiqrazların ləğv edilməsi barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilmişdir.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır