Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır - BBN

“Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35,000,000 (otuz beş milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 6-16 aprel 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 17 aprel 2024-cü il tarixində baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal Dəyəri İllik faiz dərəcəsi Tədavül müddəti  

 

Yerləşdirmə

Tarixi

 

Kupon faizlərinin ödəniş müddəti
AZ2008005152 Faizli təmin edilməmiş sənədsiz adlı 350,000

(ədəd)

100  ABŞ dolları  7 % 7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə  

 

 

 

17.04.2024

Rüblük (Hər 90  təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq)

 

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı