Kapital Bank beynəlxalq layihənin tərəfdaşı oldu

Ölkənin birinci bankı Kapital Bank Azərbaycanda “A-hub Akselerasiya Proqramı”nın tərəfdaşı oldu. Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi ilə keçirilən layihənin açılış mərasimi baş tutdu.

2021-ci ildən etibarən ICESCO-nun üzvü olan ölkələrdə keçirilən layihə innovativ inkişaf sahəsində təşəbbüslərin, biznes subyektlərinin dəstəklənməsi, gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.

Açılışda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin məqsədini yüksək dəyərləndirərək proqram iştirakçılarına uğurlar arzuladılar. Kapital Bank-ın Marketinq İdarəsinin Birbank sahəsinin lideri Zakir Xanməmmadov çıxışında bu kimi təşəbbüslərin və startap layihələrin gənclərə yeni imkanlar yaratdığını və  onlarda innovativ düşüncə tərzi formalaşdırdığını qeyd etdi. “Kapital Bank olaraq biz hər zaman motivasiyalı, təşəbbüskar və istedadlı gənclərə dəstək göstəririk. Məhz bu səbəbdən gənc nəslə maraqlı olan müxtəlif layihələrdə tərəfdaş kimi çıxış edirik. Əminəm ki, “A-hub” proqramı yerli startap ekosisteminin inkişafına böyük töhfə verəcək”.

Qeyd edək ki, 2023-cü ildə proqrama qoşulmaq üçün Bakı, Sumqayıt və Gəncə şəhərlərindən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı